Bu il Ceyhan terminalından nəql edilən xam neftin həcmi açıqlandı

44

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 123,43 mln barel xam neft nəql edib.

DenizXeber.az  report-a istinadən xəbər verir ki, bu həcmdə xam neft 159 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,48 mlrd barel neft 4 540 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.