Azərbaycanda Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

32

Azərbaycanda Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları 2020-ci ilin avqust–oktyabr aylarında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.