Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Balakən”, “Naxçıvan”, “Akademik Həsən Əliyev”, “Şahdağ”, “Məmməd Süleymanov”, “Zirə”, “Aydın Məmmədov”, “TMİ-2”, “Şirvan”, “MPK-470”, “General Əliağa Şıxlinski”, “Bunkerovşik-4”, “Bunkerovşik-7”, “BMK-7649”, “Turan”, “General Əsədov”, “MPK-455”, “PS-153”, “PSK-38” gəmilərində, eyni zamanda, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, “Dənizçi” MTK-nın inşa etdiyi yeni yaşayış binalarında da profilaktik dezinfeksiya işləri yerinə yetirilib.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.