Aralıq dənizinin Malta sahillərində xilas edilən gəmidəki miqrantlardan 65 nəfərin koronavirus testi müsbət çıxıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Malta rəsmiləri bildirib ki, sahil mühafizəsi xidməti tərəfindən xilas edilən gəmidəki 94 nəfərdən yalnız 20-sinin testinin nəticəsi mənfi olub. Doqquz nəfərin test nəticələri isə hələlik bəlli deyil.
Miqrantların Eritreya, Mərakeş və Sudandan olduğu bildirilir.