Türkiyə sahillərində qayıq aşıb, 4 nəfər ölüb

361

Egey dənizinin Türkiyə sahillərində qayıq aşıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.

Hadisə baş verən zaman gəmidə ümumilikdə 10 nəfər olub. Onlardan 4-ü ölüb, 6-sı sudan çıxıb, 1-i ağır yaralanıb.

Hadisənin başvermə səbəbləri göstərilməyib.