ADDA-ya daxil olmaq istəyən abituriyentlərin nəzərinə!

138

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixini açıqlayıb. DİM-in rəsmi internet səhifəsində verilən məlumata görə imtahanların 20-21 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur. Həmçinin qeyd olunub ki, həmin tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatirladırıq ki, təsdiqlənmiş plana əsasən ADDA-nın bakalavriat səviyyəsi üçün Azərbaycan, rus və ingilis dili bölmələri üzrə ümumilikdə 200 yer ayrılıb. Plan yerlərinin 80-i Dəniz naviqasiyası mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15),  25-i Elektrik və elektronika mühəndisliyi, 80-i Gəmi energetik qurğularının istismarı mühəndisliyi (Azərbaycan bölməsi 50 yer, Rus bölməsi 15, İngilis bölməsi 15), 15-i Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasının payına düşür.

Bir daha bütün abituriyentlərə uğurlar arzulayır və gələcəyini dənizçi kimi görmək istəyənlərin yolunu ADDA-da gözləyirik.

İxtisaslarımız haqqına ətraflı məlumatı www.adda.edu.az saytından əldə edə bilərsiniz.

Mənbə:http://adda.edu.az/az/announce/284