İyulda dəniz nəqliyyatı ilə ümumilikdə 72 min 877 ton yük daşınıb ki, bu yüklərin dəyəri 62,4 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 18,7 min ton yükün dəyəri 6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 54 min 135 ton, dəyəri isə 56,3 milyon dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır