Ukrayna və Böyük Britaniya Qara dənizdə birgə təlimlər keçirəcək

72

Böyük Britaniyanın Hərbi-Dəniz Donanması Qara dənizdə Ukrayna Donanması ilə birgə təlimlər keçirəcək.

APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytındakı məlumatda qeyd edilib.

Bildirilir ki, birgə təlimlərin keçirilməsinə dair qərar ABŞ və Ukraynanın Müdafiə nazirləri Ben Uolles və Andrey Taran, həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak arasındakı görüşlərdən sonra qəbul edilib.

“Dəniz hazırlığı üzrə təşəbbüs NATO və bütün dünyanın silahlı qüvvələri ilə daha çox əməkdaşlıq etməyə şərait yaradacaq və bizə imkan verəcək ki, geniş imkanlara malik NATO tərəfdaşı kimi yeni statusumuzu möhkəmləndirək”, – məlumatda belə deyilir.

Birgə təlimlərin dəqiq vaxtı hələlik açıqlanmayıb.