“Turan” şirkəti BP-nın Azərbaycanda satınalmalarını idarə edəcək

334

“Turan Qazma və Mühəndislik” şirkəti (“SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkətinin birgə müəssisəsi) “BP Exploration (Caspian Sea) Limited” şirkəti ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb.

“Report” xəbər verir ki, 15 iyundan qüvvədə olan saziş “Turan Qazma və Mühdənislik” birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobl Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur.

Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69 nəfəri Azərbaycan vətəndaşıdır.

Dəyişikliyin dəyəri 120 mln ABŞ dollar təşkil edir və 2019-cu ildə BP və “Turan Qazma və Mühəndislik” şirkətinin imzaladığı BP-nin operatoru olduğu 7 platformada qazma quyğularının əməliyyatları və texniki baxışını nəzərdə tutan müqaviləyə şamil olunur. Müqavilənin müddəti iki il uzanmanın mümkünlüyü ilə 5 ili əhatə edir.

Qeyd edək ki, “Turan Qazma və Mühəndislik” birgə müəssisəsi 2018-ci ilin iyul ayında yaradılıb.