Gəmilərdə avtomatika və elektronika sahəsində dövri qulluq və təmir xidmətlərinin satınalınması məqsədilə açıq müsabiqə metodu ilə ikimərhələli tender elan edir

178

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (“ASCO”) gəmilərdə avtomatika və elektronika sahəsində dövri qulluq və təmir xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqə metodu ilə ikimərhələli tender elan edir (daha ətraflı məlumat www.asco.az saytında “Tender” bölməsindən əldə edilə bilər). Tender iki mərhələdə keçiriləcəkdir və hər iki mərhələ üçün ümumi iştirak haqqı 100 (yüz) AZN təşkil edir. Müsabiqədə iştirak niyyəti haqqında müraciət məktubunu və iştirak haqqının ödənilməsi barədə bank sənədini (və ya onun skan variantını) təqdim etmiş İştirakçılar həmin günün sonuna qədər rəsmi e-mail vasitəsilə və ya kağız daşıyıcıda Müsabiqənin Əsas Şərtlər Toplusunu əldə edəcəklər.

I mərhələdə iştirakçıların ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru aparılacaqdır və qiymət təklifi istisna olmaqla, aşağıdakı sənədlər ASCO-ya təqdim edilməlidir:

  • Müsabiqədə iştirak üçün müraciət məktubu (məktubun formasını asco.az saytında “Tender” bölməsindən əldə etmək olar);
  • İştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
  • “Azərbaycanda  Rusiyanın  Gəmiçilik üzrə  Dəniz Registri” MMC tərəfindən təqdim olunmuş  tanınma şəhadətnaməsi;
  • Azərbaycan Respublikası Dövlət  Dəniz  Agentliyi tərəfindən təqdim olunmuş  tanınma şəhadətnaməsi;
  • Sertifikatlaşdırılmış texniki baza haqqında arayış, eləcə də “İSO” standartının müvafiq sertifikatları;
  • Balansında və ya istifadəsində olan nəqliyyat vasitələri barədə, eləcə də zəruri olan xüsusi geyim vasitələrinin mövcud olub-olmaması haqda arayış;
  • Müvafiq sahədə iş təcrübəsi barədə arayış (iş təcrübəsini təsdiq edən hər hansı rəsmi məlumatlar (bağlanmış müqavilələlərin surətləri və s.) və əgər varsa, işlədiyi müştərilərdən alınmış tövsiyyə məktubları da daxil olmaqla);
  • İşçi heyətinin sayı, işçilərin ixtisas uyğunluğu barədə arayış (ən azı 3 işçinin əmək müqaviləsi bildirişi, ixtisas uyğunluğunu müəyyən edən sənədlər – diplomlar, sertifikatlar, şəhadətnamələr və s. əlavə edilməklə);
  • Texniki imkanları barədə məlumatlar (mövcud texniki qurğu və avadanlıqlar haqda məlumatlar – hər bir qurğunun mülkiyyət və ya icarə və ya digər hər hansı əsasla iştirakçıya məxsus olması barədə sənədlər, həmçinin qurğu və avadanlıqların texniki pasportları təqdim edilməlidir, eləcə də qurğu və avadanlıqlar müvafiq səlahiyyətli orqanlar tərəfindən müəyyən edilən qaydada kalibrlənmiş olmalıdır);
  • Podratçının son 1 (bir) il ərzində maliyyə vəziyyəti barədə bank sənədi (arayış);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinhabelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcudolmaması barədə müvafiq vergi orqanlarından arayış;
  • Nizamnamə (bütün əlavə və dəyişikliklərlə birgə);
  • Reyestrdən çıxarış (son 1 ay ərzində verilmiş);

I mərhələ üçün nəzərdə tutulmuş sənədlər bütün bağlı tərəfləri imzalanmış və möhürlənmiş zərflərdə 02 sentyabr 2020-ci il tarixə qədər ASCO-ya təqdim edilməlidir. Texniki sənədlər araşdırıldıqdan sonra uyğun hesab edilən podratçılar II mərhələyə dəvət əldə edəcəklər və onlar yekun qiymət təkliflərini eyni qaydada imzalanmış və möhürlənmiş bağlı zərfdə ASCO-a təqdim edəcəklər.   YÜKLƏ

Mənbə:https://asco.az/announcements/asco-gemilerde-avtomatika-ve-elektronika-sahesinde-dovri-qulluq-ve-temir-xidmetlerinin-satinalinmasi-meqsedile-aciq-musabiqe-metodu-ile-ikimerheleli-tender-elan-edir/