Bakının yeni turizm adası – Burada bulvar və çimərlik birləşir (FOTO)

97

Böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi “Nərəkənd”ə xarici investorların cəlb olunmasına başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Pirallahı rayon İcra Hakimiyyətindən deyiblər.

Qeyd olunub ki, onlar Rusiya və Türkiyədən olan sərmayədarlardır. “Nərəkənd” yaşayış və turizm mərkəzində artıq bir sıra işlər tamamlanıb və plana uyğun olaraq digərlərinin görülməsinə start verilib:

“Kompleksin ümumi ərazisi 50 ha-dan ibarətdir, tikinti aparılan ərazi isə 23 ha-dır. Artıq çimərlik sahəsində bir çox işlər görülüb, perimetr boyu 4 min metr uzunluğunda, 1-2.5 metr yündürlüyündə sahilbərkitmə işləri görülüb. Ərazidə olan bataqlıqlar qurudulub, dənizin ekvatoriyası yad cismlərdən, tullantılardan və dəmir konstruksiyalardan təmizlənib və dərinləşdirilib. Mərkəzi və daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yekunlaşıb, ərazi düzləşdirilib”.