Kulevi neft terminalı yeni növ məhsulun daşınmasına (ötürülməsinə) başlayıb

93

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi neft terminalı 2020-ci ilin birinci yarısında benzolun daşınmasına (ötürülməsinə) başlayıb.

Cari ilin birinci yarısında ümumi daşımaların həcmi 950 min ton karbohidrogen və neft-kimya məhsulları təşkil edib.

Bu müddətdə ötürülən karbohidrogen məhsullarının 57 faizindən çoxu Azərbaycanın, 43 faizi regionun digər ölkələrinin neft məhsullarının payına düşür.

Qeyd edək ki, Kulevi neft terminalı xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qətranı, nafta, izopropil spirti, az kükürdlü dizel yanacağı, sənaye nefti və kondensat daşınması üçün istifadə olunur.

Kulevi limanındakı terminal 2008-ci ilin may ayında istismara verilib, həmin ilin iyun ayında isə neft məhsullarının daşınmasına başlanılıb. Terminalın ümumi ötürmə qabiliyyəti ildə üç milyon ton neft, üç milyon ton dizel yanacağı və dörd milyon ton mazut daxil olmaqla ildə 10 milyon tondur (maye neft məhsulları). Terminalın rezervuar parkının ümumi tutumu 402.000 kubmetrdir.