Türkiyə donanmasına 3 kater təhvil verilib

133

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına 3 ədəd yeni kater təhvil verilib.

Ordu.az xəbər verir ki, katerlər DESAN gəmiqayırma zavodunda təşkil olunan mərasimdə təslim edilib.

35 metr uzunluğunda, 8 metr enində, 216 ton yerdəyişmədə olan platformaların ən yüksək sürəti 16 düyümdür.

Katerlər mümkün qəzalar halında xilasetmə dalğıc və təcili yardım əməliyyatlarına dəstək verəcək.

“Yonca-Onuk” Gəmiqayırma zavodunda istehsal olunan sürətli patrul katerləri təhlükəsizliyi təmin edəcək və hərbi bazalara girən platformaları müşayiət edəcək.