Bu gündən Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyasına qoşula bilməyən və ya akademik borcu yaranmış “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrinin 35 tələbəsi üçün icmal mühazirələr keçilmədən imtahan sessiyası başlayıb.
Xatırladırıq ki, imtahan sessiyası koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 may tarixli 179 nömrəli qərarı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubundakı tövsiyələri və ADDA Elmi Şurasının 31 may 2020-ci il tarixli 8 nömrəli iclasının qərarına uyğun olaraq onlayn-test üsulu ilə təşkil olunur.
Mənbə:http://adda.edu.az/az/news/1471