ABŞ-ın ən böyük buzqıran gəmisi yanğına görə missiyasını yarımçıq saxlayıb

103

ABŞ-a məxsus “USCGC Healy” (WABG-20) buzqıran gəmisi avqustun 18-də gəmidə baş vermiş yanğın səbəbindən Arktikada apardığı tədqiqat işlərini yarımçıq saxlayıb.

“Seanews.az” xəbər verir ki, hazırda gəmi mühərrik qurğusunda yaranmış nasazlıqları aradan qaldırmaq üçün Vaşinqtona yola düşüb. Gəmi Arktikada apardığı əməliyyatları müvəqqəti olaraq təxirə salıb.

Yanğın baş verən zaman “USCGC Healy” gəmisi Artktikadan 60 dəniz mili məsafəsində Alyaskada olub. Yanğınsöndürən komandası yanğını söndürə bilib.

Hadisə nəticəsində gəminin mühərriki və sağ pəri sıradan çıxıb. Yanğın zamanı xəsarət alan olmayıb.

ABŞ-ın daha bir “USCGC Polar Star” (WAGB-10) adlı buzqıran gəmisi mövcuddur. Sözügedən gəmi “VT Halter Marine İnc.” gəmiqayırma zavodunda 745 milyon dollara inşa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır