Dəniz quldurları Qvineya körfəzində balıqçı gəmisini qaçırdılar

77

Afrikanın qərbindəki Qvineya körfəzində dəniz quldurları bir balıqçı gəmisini qaçırıblar.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Dryad Global” şirkətinin portalı bildirib. 

Qeyd edilir ki, hücum Toqonun Lome limanından 95 dəniz mili məsafədə olub. Piratlar AR-703 gəmisinə minib qaçıblar.

Hakimiyyət orqanlarına gəminin qaçırılması ilə bağlı xəbərdarlıq verilib və lazımi tədbirlər görülür.