Metanol zavodu reagentlər alır – TENDER

92

SOCAR Metanol zavodu mərkəzi laboratoriya üçün kimyəvi reagentlərə, aksesuarlara, titrator cihazına və müxtəlif cihazlar üçün aksesuarlara olan tələbatı ödəmək məqsədi ilə tenderin müddətini uzadıb.

Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir. 

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23 sentyabr 2020-ci il, saat 17:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim edilməlidir. 

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 28 sentyabr 2020-cu il, saat 11:00-a qədər satınalan təşkilata təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaq.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, İngilis və ya Rus dilində əldə etmək istəyənlər LOT 1 üçün 25 manat, LOT 2 üçün 65 manat, LOT 3 üçün 100 manat, LOT 4 üçün 20 manat (ƏDV ilə), və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər.

Geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.