“Lukoyl-Azərbaycan” tender keçirir

101

“Lukoyl-Azərbaycan” QSC 20 saylı yanacaqdoldurma məntəqəsində təmir-tikinti və reklam-quraşdırma işləri (2 etaplı) üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, iddiaçılar ilkin sənədləri sentyabrın 11-i, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 25-i, saat 18:00-a qədər QSC-nin Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, 13 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Xambatov B.S-dir. Telefon: (012) 497-41-41; (050) 306-78-11.

Təkliflərin 1-ci etapına sentyabrın 29-u, 11:00-da qeyd olunan ünvanda baxılacaq.