Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 18:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi arabir Neftçalada 20, Biləsuvarda 19, Salyanda 18, Bakı, Qum adasında 23, Ələtdə 20, Binədə 19, Neft Daşlarında 16, Çilov adasında 15 metr/saniyəyədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır