Türkiyə şirkəti Türkmənbaşı neft emalı kompleksində iki qaz turbini tikəcək

372

Türkiyənin Çalik Enerji şirkəti Türkmənbaşı Neft Emalı Kompleksində iki qaz turbininin inşası və elektrik stansiyasının yenidən qurulması layihəsini həyata keçirəcək.
Bununla bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov qərar imzalayıb. Qərara görə, Türkmənbaşı Neft Emalı Kompleksi layihənin icra edilməsi üçün öz vəsaitllərindən istifadə etməklə “Çalik Enerji” şirkəti ilə müqavilə bağlasın. 
Sənədə əsasən, obyektlər 18 ay ərzində tam istismara verilməlidir.

Bu layihə dövlət başçısına Nazirlər Kabineti sədrinin müavini Myratgeldı Meredov tərəfindən Prezidentin ötən cümə axşamı videokonfrans vasitəsilə keçirdiyi hökumət iclasında təqdim edildi.

Məruzəni dinlədikdən sonra dövlət başçısı daxili iqtisadiyyatın ən perspektivli sahələrindən olan neft-kimya sənayesinin, o cümlədən Türkmənistanın ixrac potensialının gücləndirilməsi kontekstində müasirləşdirilməsinin vacibliyini vurğuladı.

Daha sonra Berdımühəmmədov kompleksin müəssisələrinin texniki cəhətdən yenidən təchiz edilməsi, karbohidrogenlərin dərin, tullantısız emalını təmin edən effektiv texnologiyaların tətbiqi, neft və qaz kimya məhsullarının istehsalının yenilikçi üsulları, habelə çeşidinin genişləndirilməsi üçün bir sıra təlimatlar verdi.

Mənbə:http://caspianbarrel.org/