Cənubi Çin dənizində batan gəmidən cəmi bir heyət üzvü xilas edilib

57

Yaponiya Sahil Mühafizəsi Xidməti Kaqoşima prefekturasına daxil olan Amami adalarının cənub-qərbində qəzaya uğramış gəminin yalnız bir heyət üzvünü xilas edə bilib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, xilasedici jiletdə olan həmin kişi dənizdə aşkar edilərək götürülüb. Filippin vətəndaşı olan həmin şəxsin bildirdiyinə görə, güclü qasırğa zamanı nəhəng dalğa gəmini yanı üstə çevirib.

Panama bayrağı altında üzən gəminin Yeni Zelandiyanın Neypir limanından Çin istiqamətində yola çıxdığı bildirilir.

Gəmidə olan 43 heyət üzvünün 39-nun Filippin, 2-nin Yeni Zelandiya, birinin Avstraliya və daha birinin Sinqapur vətəndaşı olduğu qeyd edilir. Artıq iki gündür davam edən əməliyyatda helikopterlərdən və katerlərdən istifadə olunur.

Heyət fəlakət barədə sentyabrın 1-dən 2-nə keçən gecə siqnal verib. Həmin vaxt bu ərazidə hava şəraiti “Maysak” tufanına görə çox pis olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır