Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

56

2020-ci ilin iyulunda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 163,048 milyon dollar olub ki, bu da ötən ilin iyulu ilə müqayisədə 15,928 milyon dollar azdır.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin iyulunda Türkiyədən Azərbaycana ixrac 134,185 milyon dollar, Azərbaycandan idxal isə 28,863 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47,111 milyon dollar artaraq 1,133 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 945,782 milyon dollar, Azərbaycandan idxal isə 187,434 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 206,755 milyard dollar təşkil edib.

Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 90,15 milyard dollar, idxalı 3,9 faiz azalaraq 116,605 milyard dollara bərabər olub.