2020/2021-ci TƏDRİS İLİNDƏ ADDA-nın MAGİSTRATURA SƏVİYYƏSİNİN BOŞ QALAN YERLƏRİNƏ QƏBUL OLUNMUŞ MAGİSTRANTLARIN TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏRİN SİYAHISI:
Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
Diplom və diploma əlavənin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);
2020-ci ilin məzunları üçün ali təhsil müəssisəsini bitirmələri haqqında arayış;
3×4 ölçüdə 4 ədəd fotoşəkil;
Məcburi köçkünlər üçün özlərinin və valideynlərinin məcburi köçkünlük haqqında sənədlərinin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);
Azərbaycan Dövlət Dəniz Akademiyası üzrə 2020/2021-ci tədris ilində magistratura təhsil səviyyəsinə qəbul olunan ödənişli əsaslarla təhsilalan magistrantlar valideynləri ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların sənədlərinin surətləri (notarial qaydada təsdiq olunmuş);
Ödənişli əsaslarla qəbul olunmuş magistrantlar üçün təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzinin surəti;
İş nömrəsi;
Şəxsi kabinetin istifadəçi adı (FİN);
QEYD: Sənədlər 2020-ci il 04-09 sentyabr tarixləri aralığında (şənbə və bazar günlərindən başqa) hər gün saat 11:00-15:00-dək ADDA-nın əsas binasında qəbul edilir.
Karantin rejimi ilə əlaqədar olaraq Akademiyaya gəlmək imkanı olmayanlar isə eyni sənədləri elektron qaydada aşağıdakı email ünvanlara göndərə bilərlər:
E-mail: akademiya@acso.az ; asadulla.suleymanov@asco.az
Mənbə:adda.edu.az