İttifaq rəhbəri: Ölkənin su hövzələrində balıq artımı müşahidə olunur

75

Son iki ili nəzərə alsaq və müqayisə etsək, görərik ki, ötən ilin yayından bu günə kimi Azərbaycanın su hövzələrində balıq artımı var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib. Onun sözlərinə görə, həvəskar balıqçılaqla yanaşı, sənayə balıqçıları da bunu qeyd edirlər: “Çox sevindirici haldır ki, Azərbaycanın bütün su hövzələrində tilovla balıq tutanlar evə əliboş qayıtmırlar. Onlar bu müsbət halın yarandılmasında əziyyəti keçən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də ittifaqın fəal üzvlərinin brokonyerliyə qarşı olan mübarizəsini təqdirəlayiq sayırlar. Xüsusən də ölkə rəhbərliyi həvəskar balıqçılığa dəstək verdiyi üçün bu gün bu sahədə müsbət nəticələr var”.

Ə.Əliyev qeyd edib ki, ölkədə balıqçılıq turizmində də müsbət göstəricilər var: “Bu günə kimi Azərbaycanda 16 balıqçılıq turniri keçirilib ki, onların da hər biri şəhid olmuş şəxslərimizin adına olub. Daha bir turnirimiz beynəlxalq səviyyədə olub və o da Aprel şəhidlərimizin xatirəsənə həsr olunub. Burada Türkiyədən, Latviyadan, Rusiyadan, Azərbaycandan və Litvadan olan şəxslər iştirak etmişdilər. Bu da öz növbəsində sevindirici haldır ki, ölkədə balıqçılıq turizmi inkişaf etməkdədir”.