Rusiya gəmi parkının modernləşdirilməsi zamanı alüminiumdan hazırlanmış gəmilər inşa edir

140

2030-cu ilə qədər Rusiyanın daxili su nəqliyyatının inkişafı strategiyasında gəmi parkının modernləşdirilməsi əsas yerlərdən birinu tutur.

“Seanews.az” xəbər verir ki, bu gün Rusiyada sərnişin gəmilərinin orta yaşı kritik həddə yüksəlib və köklü dəyişikliklərə ehtiyac yaranıb. 2016-cı ilin fevralında hökumət “2030-cu ilə qədər olan dövr üçün Rusiya Federasiyasında daxili su nəqliyyatının inkişafı strategiyası”nı təsdiqləyib. Sənədə əsasən, 14 il ərzində çay nəqliyyatı donanmasının yenilənməsi, turizm gəmilərinin orta yaşının 30-a çatdırılması və sərnişin axınının ildə 15-16 milyon nəfərə qədər yüksəldilməsi planlaşdırılır.

Bu plan əsasında sualtı qanadlarla hərkət edən sürətli “Valday 45R” və “Kometa 120M” gəmiləri inşa edilib. Gəmilər müasir standartlara cavab verən yüksək səviyyəli texnologiyalarla təchiz ediliblər. Gəmilərin alüminiumdan hazırlanması isə onların çəkisinin 50% azalmasına səbəb olub. Bir gəminin hazırlanmasında 9 ton alüminium istifadə edilib. Alüminiumun zərbəyə və şaxtaya davamlı olması üçün tərkibinə müxtəlif kimyəvi elementlər əlavə olunub. Gəmilərin mühərriklərindən savayı hər bir detalı Rusiyada istehsal olunub.

Bütün sınaqlardan uğurla çıxmış gəmilər təsnifat cəmiyyətindən müvafiq sertifikatlar əldə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır