ASCO-da dezinfeksiya işləri davam etdirilir

68

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Merkuri-1”, “Bərdə”, “Cəfər Cabbarlı”, “Şahdağ”, “Bəstəkar Qara Qarayev”, “Akademik Həsən Əliyev”, “Bunkerovşik-4”, “General Əsədov”, “Lütoqa”, “General Əliağa Şıxlinski”, “BMK-7671”, “Cənub-19”, “MK-11/53”,” “PSK-31”, “Zəfər”, “Zirə”, “Bunkerovşik-7 gəmilərində, Dəniz Nəqliyyat Donanmasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Bibiheybət bölməsində və ASCO-nun tikilməkdə olan inzibati binasında aparılıb.

 Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır