Tankerdə baş verən yanğın dörd gündən sonra nəzarət altına alınıb

75

Şri Lankanın şərq sahillərində Hindistana aid “New Diamond” adlı neft tankerində dörd gün bundan öncə baş verən yanğın bu gün nəzarət altına alınsa da, tam söndürülməsi hələ də mümkün olmayıb.

“Seanews.az” xəbər verir ki, yanğının söndürülməsi əməliyyatlarına Şri Lankadan üç, Hindistandan 6 gəmi və sahil təhlükəsizlik təyyarəsi cəlb olunub.

Məlumata görə, hələlik dənizə hər hansı neft sızması faktı qeydə alınmayıb.

Qeyd edək ki, yanğın hadisəsi gəmi Küveytin Mina Əl Əhmədi limanından Hindistanın Paradip limanına hərəkət edən zaman baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır