“Royal Caribbean”ın ən böyük kruiz gəmisi suya endirilib

74

“Royal Caribbean” kruiz şirkətinin sifarişi ilə inşa olunan “Wonder of the Seas” gəmisi suya endirilib.

“Seanews.az” xəbər verir ki, uzun müddətdir inşa edilən gəmi Fransanın “Chantiers de l’Atlantique” tərsanəsində quru hovuz sahəsindən suya salınıb. Gəminin tikintisinin növbəti mərhələsi dənizdə davam etdiriləcək. İnşa işlərinin növbəti ildə başa çatacağı bildirilir.

“Royal Caribbean”ın Oasis sinfinə daxil olan gəmilərin ən sonuncusu və ən nəhəngi sayılan Wonder of the Seas” 18 mərtəbədən ibarətdir.

Source:seanews.az