Fransa donanmasının ən güclü silahı sayılan aviadaşıyıcısını Aralıq dənizinə göndərməsi Türkiyəyə qarşı heç bir risk yaratmır.
Axar.az xəbər verir ki, bunu türkiyəli admiral Cem Gürdəniz ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Fransa bir ədəd aviadaşıyıcı ilə Türkiyə kimi böyük dövlətə mesaj verə bilməz:
“Buna ancaq gülə bilərəm. Bu mesaj bilirsiniz kimədir? Yunanıstandakı yazıq xalqa, Miçotakisin siyasi mövqeyinə. Yəni fransızlar yunanlara demək istəyir ki, yanınızdayıq. İndi fikirləşin: Türkiyə 300-dən artıq döyüş təyyarəsinə sahibdir. Bu gəmi gələcək, Türkiyəyə qarşı hərbi əməliyyat keçirəcək? Onların heç bir şansı yoxdur. Açıq deyirəm: Türk milləti bu gəmini gözlərində böyütməsin. Texniki və hərbi strategiya baxımından heç bir əhəmiyyəti yoxdur. Ona görə bunu ciddi qəbul etmirəm”.