İran ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb

50

İran ordusu sentyabrın 9-da “Zülfüqar-99” adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələrinin komandanının müavini admiral Həbibullah Səyyari məlumat verib.

O bildirib ki, Hörmüz və Oman boğazları ətrafı da daxil olmaqla təlimlər 2 milyon kvadratmetr ərazini əhatə edəcək təlimlərə hərbi dəniz qüvvələri ilə yanaşı, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri də cəlb olunub. Təlimlərdə piyada qoşunları və müxtəlif hərbi texnika, “Fateh” adlı sualtı gəmi də iştirak edəcək.

Admiral nəzərə çatdırıb ki, hərbi təlimlərin məqsədi ordunun hazırlıq səviyyəsini yoxlamaqla yanaşı, onun potensialını nümayiş etdirməkdən ibarətdir. İranın düşmənləri başa düşməlidir ki, istər dəniz, istərsə də quru sərhədlərində hər hansı təxribata yol versələr, çox sərt cavab alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır