Azərbaycanda yanvar-iyulda elektrik vasitəsilə balıq ovu üzrə yeddi fakt qeydə alınıb

27

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qanunsuz olaraq elektrik vasitəsi ilə balıq ovu üzrə yeddi fakt qeydə alınıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firudin Əliyev deyib.

Rəis müavininin sözlərinə görə, ümumilikdə, qanunsuz balıq ovu ilə məşğul olan 30 qayıq müəyyən olunub ki, onların hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Sözügedən qanun pozuntuları ilə bağlı bəzi şəxslər barədə həbs qətimkan tədbirləri də nəzərdə tutulub.