“Kanuni” gəmisinin təmir və təkmilləşdirmə işləri başa çatıb

312

Türkiyənin üçüncü qazma gəmisi “Kanuni” dənizə açılmaq üçün gün sayır.

“Seanews.az” xəbər verir ki, artıq gəminin təmiri və təkmilləşdirmə işləri başa çatıb. “Kanuni” gəmisi Türkiyə bayrağına uyğun olaraq qırmızı və ağ rəngə boyanıb.

Bu gəmi Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı və qazma işlərinə cəlb olunacaq.

Qeyd edək ki, 2012-ci ildə Cənubi Koreyada “Sertao” adıyla istehal olunan gəmi 2020-ci ilədək Braziliyanın enerji şirkəti “Petrobras”ın balansında olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır