Neft treyder şirkətləri anbarların doluluq nisbətinin artacağı ehtimalı ilə depolama qabiliyyətlərini artırmaq üçün nəhəng tankerləri icarəyə götürür.
AZƏRTAC xəbər verir ki, treyderlər əlavə ehtiyatları saxlamaq üçün nəhəng tanker şirkətləri icarə müqavilələri imzalayır, koronavirus hadisələrinin yenidən artması ilə meydana gələcəyi ehtimal olunan tədarük bolluğuna hazırlaşır.
Mənbələrə görə, dünyanın ikinci ən böyük müstəqil neft ticarəti şirkəti olan “Trafigura Group” son zamanlarda ümumilikdə 24 milyon barrel neft saxlaya bilən onlarla super tanker icarəyə götürüb.
“Bloomberg News”un məlumatında isə təxminən 18 oxşar icarə müqaviləsi imzalanıb. Həmin şirkətlər arasında “Royal Dutch Shell”, “Vitol Group” və “LUKoil” da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır