“Peking” adlı qədimi yelkənli gəmi “Peters werft” tərsanəsində bərpa olunaraq, Almaniyada muzey eksponatı kimi sərgilənmək üçün Hamburqa gətirilib.
“Seanews.az” xəbər verir ki, gəmi bundan öncə 2011-ci ildə “Blohm+Voss” tərsanəsində restavrasiya edilmişdi. “Peking” gəmisi “F.Laeisz” şirkətinin “Flying P-Liners” sürətli gəmilər seriyasına aid olub.
Əsasən Cənubi Amerikada istismar edilən gəmi 1932-ci ildə konversiya edilərək “Arethusa” adı altında internat məktəbi kimi fəaliyyət göstərirdi.
1974-cü ildə gəmi amerikalılar tərəfindən alınaraq Nyu-Yorkda muzey eksponatı kimi sərgilənirdi. 2015-ci ildə isə sözügedən gəmini Hamburqun dəniz fondu alaraq vətənə qaytarıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır