Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 3,6%, sərnişindaşıma isə 7,4% azalıb

311

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 939,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü daşınmış yüklərin 32,4% neft yükləri təşkil edib.

Məlumata əsasən, yanvar-avqust aylarında dəniz limanları tərəfindən 5871,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5 608,4 min tonunu və ya 95,5% tranzit yüklər təşkil edib.

“2020-ci il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 159,3 min ton olub”, – deyə məlumatda qeyd edilir.

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 7,4% azalaraq 14,6 min nəfər olub.