TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar yanvar-iyulda 18% azalıb

30

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 480,5 min ton olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü  yüklərin 13 956,8 min tonu vә ya 57%-i avtomobil nәqliyyatı, 7 540,0 min tonu vә ya 30,8%-i dәmir yolu nәqliyyatı, 2983,7 min tonu vә ya 12,2%-i dәniz nәqliyyatı ilә daşınıb. Dәhliz vasitәsilә daşınan yüklәrin 20,2%-ni vә ya 4 955,6 min tonunu tranzit yüklәr tәşkil edib.