Hindistanda sərnişin qayığı devrilib: 7 ölü, 14 itkin düşən var

28

Hindistanın şimal-qərbində yerləşən Racastxan əyalətində, Çambal çayında sərnişin qayığının devrilməsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, məlumatı yerli NDTV telekanalı yayıb.

Bildirilib ki, qayıqda 25-30 sərnişin olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində bir neçə nəfər xilas edilib. Hadisənin baş verməsinə ilkin səbəb kimi güclü dalğa göstərilir.