“Responder” adlı kabel çəkən gəmi 12 saatdan çox davam edən yanğın söndürməsindən sonra Tsusima adasının (Şərqi Çin Dənizi, Cənubi Koreya) cənub-qərbində batıb.
“Seanews.az” xəbər verir ki, hadisə yanğınsöndürmə zamanı gəminin daxilində normadan artıq suyun qalması səbəbindən baş verib.
Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.