Cari ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 492 min 621 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 634 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 442,7 min ton yükün dəyəri 292 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 49,8 min ton, dəyəri isə 1 milyard 341,9 milyon dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır