Astara-Bakı-Həştərxan marşrutu üzrə dəniz nəqliyyatı ilə yükdaşımalar təşkil oluna bilər

348

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Moskvada Xəzəryanı ölkələrin Rusiyadakı səfirləri ilə görüşüb.

“APA-Economics” “Yujnaya Volna”ya istinadən xəbər verir ki, görüşdə investisiya, ticarət, sənaye, kənd təsərrüfatı, turizm və təhsil sahələri ətrafında müzakirələr aparılıb.

İ. Babuşkin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Bakıda Həştərxan iş mərkəzinin açılışını və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara-Bakı-Həştərxan marşrutu üzrə yük daşımalarının təşkilini müzakirə edib.

Həştərxan qubernatoru “Lotus” zavodunun işi və yeni liman iqtisadi zonasının yaradılması barədə məlumat verərək Xəzəryanı ölkələrin şirkətlərini regional layihələrdə iştirak etməyə dəvət edib.