Azərbaycan nefti həftə ərzində 9%-dən çox bahalaşıb

29

Ötən həftə ərzində (14-18 sentyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin orta qiyməti 3,73 ABŞ dolları və ya 9,34% artıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan orta qiyməti həftə ərzində  42,10 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 43,91 dollar təşkil edib, ən minimal göstərici isə 39,91 dollar səviyyəsində olub.