Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir

330

Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirib.

Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktor müavini Əkbər Kərimov “Avrasiya qovşağı və COVID-19 pandemiyası dövründə “Orta Dəhliz”in artan rolu mövzusunda beynəlxalq vebinarda deyib.

Onun sözlərinə görə, bu nəqliyyat dəhlizləri təkcə beynəlxalq sulara çıxışı olmayan ölkələr arasında əlaqəni təmin etmir, həm də Avropa bazarlarına çıxışda çox vacib rol oynayır:

“Dəhlizlər arasında əməkdaşlıq regionlararası ticarəti genişləndirir. Hazırda “Orta Dəhliz” Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu dəhliz həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından vacibdir”.