Bu gün “Dünya Dəniz Günü”dür.

312

Bir çox dövlətlər “Dünya Dəniz Günü”nü bəzən fərqli tarixlərdə, əsas etibarilə isə hər il sentyabr ayının sonuncu bazar günü qeyd edir.
“Dünya Dəniz Günü” 1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qəbul olunan qərara əsasən, 1978-ci ildən etibarən qeyd edilir. 1980-ci ilə qədər həmin gün martın 17-də qeyd olunurdu. Hazırda isə bu gün sentyabrın axırıncı həftəsində təşkil edilir.
Bu günün əlamətdar hadisə kimi qeyd olunduğu tarix Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Bu günün qeyd edilməsi, ictimaiyyətin diqqətini gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb etmək məqsədi daşıyır.
Ənənəvi olaraq “Dünya Dəniz Günü” dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən, həmçinin hər bir fərdin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir.