İranın pilotsuz uçuş aparatları ABŞ-ın hərbi gəmilərini nəzarətdə saxlayır

31

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) ABŞ-ın Fars körfəzində təyyarə daşıyan hərbi gəmisini nəzarətdə saxlayır.

AZƏRTAC xəbər verir ki, bunu SEPAH-ın dəniz qüvvələrinin komandanı vitse-admiral Əlirza Təngsiri mətbuata açıqlamasında deyib. O bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) Fars və Hörmüz boğazlarında və Oman dənizində hərbi gəmiləri diqqətlə izləyir. Sərhədlərin mühafizəsi üçün PUA-lar hazır vəziyyətdə saxlanılır.

Vitse-admiral onu da nəzərə çatdırıb ki, İran istehsalı olan PUA-lar HDQ-nin kəşfiyyat imkanlarını daha da artırıb. Həmin PUA-lar mərkəzə foto və video materiallar göndərir.

Ə.Təngsiri ABŞ-ın hərbi gəmisinin nəzarətdə saxlanılması prosesini də nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır