Kruiz səfərlərində gizli ölümlərlə bağlı qorxunc həqiqət: Göyərtələrin altında meyitxanalar var

300

Kruiz gəmilərinin heyət üzvləri göyərtədə sərnişinlərdən gizli saxlanılan çoxsaylı ölüm hadisələri barədə həqiqəti açıqlayıblar.

“Daily Express”in məlumatına görə, müvafiq müzakirə “Reddit” portalında aparılıb.

Müzakirə iştirakçılarından birinin dediyinə görə, dəniz səyahətində insan ölümləri nadir hadisə deyil. Ölüm sayı gəminin tipinə və tutumuna bağlıdır, məsələn, bəzilərində həftədə iki cəsəd nadir deyil.

Digər bir istifadəçi bu cür halların belə səyahətlərin xüsusilə yaşlılar arasında populyar olması ilə əlaqəli olduğunu deyib.

“Bəzi insanlar ölmək üçün kruiz səfərinə çıxırlar”, “Yaşlı kişilər, sözün əsl mənasında ölənə qədər gəzintiyə çıxırlar və nəticədə cəsədlərini kabinələrdə tapırıq”, – trendin iştirakçıları qeyd edib.

Digər bir gəmi işçisi, böyük gəmilərin əksəriyyətinin birbaşa göyərtəsinin altında meyitxanaların olduğunu deyib.