Şərqi Aralıq dənizində Türkiyəni görmək istəməyənlər və israrla öz tezislərini, kartlarını qəbul etdirməyə çalışanlar diplomatiya masasına yaxınlaşmağa başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu fikri Prezident Ərdoğan Kabinetin iclasından sonra verdiyi açıqlamada səsləndirib, bildirib ki, Aralıq dənizində və Qara dənizdə fasiləsiz qazma işlərini davam etdirirlər.
“Tarixi faktlardan, beynəlxalq sazişlərdən, təmkinli davranışdan və bir neçə ölkənin maraqlarının qorunması naminə gözlə görünən həqiqətlərdən üz döndərənlərin Kipr və Şərqi Aralıq dənizi problemi ilə bağlı dünyaya deyiləsi sözü yoxdur” – deyən Ərdoğan bildirib ki, Türkiyə Kiprdə, Aralıq dənizində, Egey dənizində və mübahisəli heç bir yerdə kiminsə haqqına, hüququna əl uzatmır: ”Biz sadəcə, hüquqlarımıza, qanunlarımıza sayğı göstərilməsini istəyirik. Biz bu ölkələrin xalqlarını faktları öyrənməyə və ona münasibəti qəbul etməyə dəvət edirik. Gərginlik və düşmənçiliklə qidalanan bir ovuc möhtəkirin siyasi və iqtisadi fayda üçün öz ölkəsini fəlakətə sürükləməsini biz də istəmirik”.