Səkkiz ayda dəniz nəqliyyatı ilə 591,4 min ton yük daşınıb

32

Cari ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 591,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 340,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 201,6 min ton yükün dəyəri 63,8 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 389,8 min tondan çox, dəyəri isə 276,4 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır