BP dayazsulu Abşeron layihəsi üzrə 30 sentybrda dinləmələr keçirəcək

31

BP elan edir ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə (AYDS) daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirəcək

BP bütün maraqlı tərəfləri 30 sentyabr 2020-ci il tarixində

saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək açıq virtual görüşdə iştirak etməyə dəvət edir

ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 28 avqust 2020-ci il tarixindən BP-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı link vasitəsilə yükləmək mümkündür:https://www.bp.com/az_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html

Görüş zamanı bp tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin bizim www.bp.com/Azerbaijan vebsaytımıza daxil olmaqla və ya [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə aşağıdakı linklərdən biri və ya QR kodu vasitəsilə qoşulmaq olar:

Join Microsoft Teams Meeting və ya https://go.bp.com/myVST

Learn more about Teams | Meeting options

Kompüterdən qoşulmaMobil telefondan qoşulma
“Microsoft Teams” vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş linkdən istifadə edin. Bu linkin açacağı səhifədə siz görüşə ya veb vasitəsilə ya da kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə artıq Teams proqramı varsa, görüş avtomatik şəkildə açılacaq. Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə “qonaq” qismində qoşula bilərsiniz. Əgər sizin Teams hesabınız vardırsa, o zaman Sign in bölməsinə daxil olmaqla görüşə qoşula bilərsiniz (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə).    Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləməli və quraşdırmalısınız. Əgər bu proqram sizdə varsa, proqramı açıb görüşə qoşulmaq üçün “Join Microsoft Teams Meeting” linkindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş link sizi “app store” platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz. Əgər Teams hesabınız yoxdursa, “qonaq”qismində görüşə qoşulmaq üçün “Join as a guest”bölməsiniseçin və adınızı daxil edin. Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün “Sign in and join” bölməsini seçin.

 Qeyd: Proqramı görüş başlamamışdan əvvəl yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq bir yaxud iki dəqiqə vaxt apara bilər.

Əlavə məlumatlar üçün bp-nin Normativ tələblər və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:

e-poçt: [email protected];  tel.: (+99412) 4046919 və ya (+99455) 2259013