Dayazsulu Abşeron layihəsi ilə bağlı görüş təxirə salındı

299

Buna səbəb hzırkı vəziyyətlə bağlı videokonfrans formatında görüşün texniki baxımdan keçirilməsinin mürəkkəbliyidir

BP elan edir ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə 30 sentyabr 2020-ci il tarixinə planlaşdırılmış açıq virtual görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alaraq təxirə salınır.

Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.