Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, məktubdaTürkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib.
Məktubda bildirilib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.